Yenilənmiş Chevrolet Spark
11 rəng
4 təhlükəsizlik yastığı
Baqaj bölməsinin həcmi 568 litrə qədər.
Yanacaq sərfi 6,2 l.-dən

Rənglər

Mövcüd olan rəngləri distrubutor salonlarımızdan dəqiqləşdirməyiniz xahiş olunur.

Qalereya

Eksteryer

Spark modelinin adı ingilis dilindən "qığılcım" kimi tərcümə olunur və təsadüfən seçilməyib: avtomobilin bütün görünüşü olduqca parlaq və orijinal alınıb. Görünüşün əsas xüsusiyyətləri ön sütunlara uzanan nəhəng baş optik bölmələr və şık, hündürdə yerləşdirilmiş arxa işıqlandırma cihazlardır.

Xarici görünüşün cəlbediciliyi ilə yanaşı bu model yanacaq sərfiyyatına müsbət təsir edən əla aerodinamikaya malikdir. Chevrolet Sparkın dizaynı universaldır - istər cavan, istərsə də yaşlı nəsildən olan aktiv və özünə inanan kişilər və qadınlar üçün olan avtomobildir.

Chevrolet Spark, kuzovdakı aqressiv qırıq xətləri,qoşa radiator barmaqlığı və gizli arxa qapı tutacaqları sayəsində həqiqətən digər kiçik avtomobillərdən fərqlənir. Chevrolet Spark, xarici görünüşünü ilə təəccübləndirmək üçün müxtəlif parlaq rənglərdə mövcuddur.