Yenilənmiş interyer
Yeni Chevrolet Tahoe avtomobilinin interyerində edilmiş əhəmiyyətli dəyişikliklər heyrətamiz funksionallığa nail olmağa imkan verdi. İndi bu avtomobil düymə tipli elektron sürət dəyişdirmə selektoru ilə təchiz olunub. O, rahat yerdə yerləşib və düyməni bir dəfə basmaqla sürəti dəyişdirir — artıq heç bir əlavə hərəkətə ehtiyac yoxdur. Mobil cihazların qoşulduğu, naviqasiyalı multimedia sisteminin rəngli, sensorlu, 10,2 düymlük, yüksək dərəcədə dəqiq təsvirli displeyi bütün ən zəruri funksiyaları əl altında saxlamağa kömək edəcək.
Fərdi rahatlıq
Yeni Chevrolet Tahoe avtomobilində hər bir yer xüsusi rahatlıq zonasıdır. İkinci sıra divan tipli bitişik oturacaqlara malikdir, RST komplektləşməsində isə Siz həm də əlahiddə, “kapitan” kresloları variantını seçə bilərsiniz. Ön oturacaqların 10 istiqamətdə elektrik tənzimləməsi Sizin üçün optimal mövqeyi sazlamağa imkan verəcək. İkinci sıranın oturacaqları söykənəcəyin maililik bucağının tənzimlənməsi və uzununa tənzimləmə qurğusu ilə təchiz olunub.
2022-ci il Chevrolet Tahoe avtomobilinin qüsursuz rahatlıq səviyyəsi əlavə hərəkət etmədən, Sizin arzularınızı əvvəlcədən hiss edir. Mühərrikin məsafədən işə salınması funksiyası əvvəlcədən təyin edilmiş iqlim sazlamalarını fəallaşdırmaqla, avtomobili Sizin üçün hazırlayacaq. Yayda Sizi həmişə sərin, qışda isə qızdırılmış və rahat salon gözləyəcək. Chevrolet Tahoe avtomobili Sizin ön oturacaqların, yan pəncərələrin, sükan çarxının və Chevrolet Tahoe avtomobilinin mərkəzi nöqtəsinin elektrik tənzimləməsinin sazlamalarını yadda saxlayacaq. Bir düyməni basmaqla, bütün sazlamaları tətbiq edin.