Lizinq şərtləri
Fiziki şəxslər üçün lizing şərtləri:
- Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi (müddəti etibarlı).
- Azərbaycan Respublikasının sürücülük vəsiqəsi B kateqoriyalı (müddəti etibarlı).
- Alıcının yaş həddi: 18 – 65 (yaş həddi lizinq müqaviləsinin bitmə tarixinə qədər 65 yaşı keçməməlidir).
- Hərbi bilet: 18 – 30 yaş aralığı (hərbi xidmətə yararsız olduğu halda, çağırışdan möhlət hüququ olmalıdır).
- Yaşayış yerindən arayış:
– Yeni nəsil şəxsiyyət vəsiqəsi olduqda tələb olunur.
– Qarabağ ərazisində qeydiyyatda olduqda tələb olunur.
– Yataqxanaya qeydiyyatda olduqda tələb olunur.
– Polis İdarəsi və İnzibatı binaya qeydiyyatda olduqda tələb olunur. - Şəhər/Rayon nömrəsi 2 ədəd, Mobil nömrə 6 ədəd (1 şəxsi nömrə olmaqla).
- Lizinq müqaviləsi üzrə ilkin ödəniş Xarici valyutada və Nağdsız hesablaşma yolu ilə qəbul edilmir!
Hüquqi şəxslər üçün lizing şərtləri:
- Dövlət reyestrindən Çıxarış – notarial qaydada təsdiq olunmuş.
- Nizamnamə – notarial qaydada təsdiq olunmuş.
- Vöen – notarial qaydada təsdiq olunmuş.
- Direktorun şəxsiyyət vəsiqəsi.
- Direktorun vəzifəyə təyin olunması haqqında əmr.