“Made in Uzbekistan” sərgisinin qonaqlarına UzAuto müəssisələri tərəfindən istehsal edilən avtomobil məhsullarının xətti təqdim ediləcək. Sərgi 15-17 dekabr 2021-ci il tarixində Bakı şəhərində Baku Marriott Hotel Boulevard otelinin pavilyonunda keçiriləcəkdir.
Pavilyonda UzAuto tərəfindən avtomobil və kənd təsərrüfatı texnikasının istehsalçıları olan 10 özbək şirkətinin məhsulları təqdim ediləcək. Burada xüsusən UzAuto Motors istehsalı olan Chevrolet brendinin avtomobilləri cərgəsi, Volkswagen və Škoda brendlərindən “Jizzakh Auto” avtomobilləri və “SamAuto” istehsalı olan İsuzu D-Max pikapları təqdim olunacaq. Eləcə də ziyarətçilər öz istehsalçılarının xüsusi və yük texnikası – “SamAuto”, “Uz Truck & Bus Motors” və “UzAuto Trailler” şirkətlərinin istehsalı olan avtobuslar, yük avtomobilləri, xüsusi texnika və yarımqoşqularla tanış ola bilərlər. Kənd təsərrüfatı texnikası cərgəsi özbək istehsalçıları tərəfindən traktorlar, qoşqular və digər xüsusi ləvazimatlar şəklində təmsil ediləcək.
Azərbaycanda dövlət strukturları səviyyəsində iki dövlət arasında ikitərəfli ticarət-iqtisadiyyat əlaqələrinin səmərəli inkişafının əhəmiyyətli amili kimi Özbəkistandan olan keyfiyyətli malların çoxsahəli sərgisinə böyük əhəmiyyət verilir.
Sərginin əsas məqsədi Özbəkistanın istehsalat porensialı ilə tanışlıq, öz məhsullarının tanıdılması, Özbəkistan və Azərbaycanın biznes ictimaiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsidir.
Vəzifələrin məhsuldar realizə edilməsi üçün sərgi çərçivəsində işgüzar görüşlər, təqdimatlar, mətbuat konfransları və digər tədbirlər keçiriləcəkdir.
UzAuto Azərbaycanın biznes cəmiyyəti nümayəndələrini B2B formatında işgüzar görüşmələrə dəvət edir.
Xatırladaq ki, 17 sentyabr 2021-ci ildə Hacıqabulda (Azərbaycan) “UzAuto Motors” SC və “SamAuto” MMC BM istehsal xəttinin təntənəli açılışı keçirildi. Bundan əlavə, General Motors ilə alyans çərçivəsində “UzAuto Motors” Azərbaycanda Chevrolet avtomobillərinin satışının başlandığını elan etdi.